Pekində 25-ci Aİ-Çin Sammiti: Ukrayna müzakirə olunacaq


Avropa İttifaqı Şurasının saytında dərc olunan bəyanatda deyilir ki, Aİ rəhbərliyi Aİ-Çin sammitində əsas diqqəti ikitərəfli münasibətlərə və Ukraynadakı münaqişəyə yönəltmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, Aİ və Çin arasında ikitərəfli münasibətlərin qurulmasının 50-ci ildönümünə təsadüf edən sammit bu həftə Pekində baş tutacaq.

“Sammitdə əsas müzakirə mövzuları Aİ və Çin arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qlobal çağırışlar, o cümlədən Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü olacaq”-deyə, mətndə deyilir .

Digər məsələlərlə yanaşı, tərəflər “daha balanslaşdırılmış və qarşılıqlı faydalı ticarət əlaqələrinin təmin edilməsi yollarını, həmçinin iqlim dəyişikliyi, biomüxtəliflik və yaşıl keçidin təşviqi kimi ümumi maraq dairələrini” müzakirə edəcəklər.

İyulun 24-də Pekində 25-ci Aİ-Çin Sammiti keçiriləcək. İclasda Avropa Komissiyasının və Avropa Şurasının rəhbərləri Ursula fon der Leyen və Antonio Kosta, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpin və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianq iştirak edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ