Rusiya və Ukrayna danışıqları bu tarixdə İstanbulda baş tuta bilər


Moskva və Kiyev arasında danışıqların növbəti raundu iyulun 24-25-də İstanbulda baş tuta bilər.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

"İyulun 24-25-i üçün razılaşmalar aparılır", - agentliyin mənbəsi bildirib.

Daha əvvəl TASS-dakı mənbə İstanbulun Rusiya-Ukrayna danışıqlarının yeri olaraq qalacağını bildirmişdi. Rusiya danışıqlar qrupuna yaxın olan başqa bir mənbə təsdiqləyib ki, Ukrayna bu həftə Rusiyaya danışıqların yeni mərhələsini keçirməyi təklif edib.

Vladimir Zelenski öz Telegram kanalında videomüraciətində bildirib ki, İstanbulda danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya tərəfinə bu həftə danışıqların yeni raundunun keçirilməsi təklifini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ