İngiltərədəki milli sağlamlıq institutu olan NICE, postmenopozal qadınlarda sümük qırıqlarının (osteoporoz) qarşısını almaq üçün yeni hazırlanmış "Abaloparatide" dərmanını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, İngiltərə milli səhiyyə sistemi NHS, Theramex tərəfindən istehsal olunan və Eladynos adı ilə satılan inyeksiya üsulu ilə tətbiq olunan dərmanı üç ay ərzində xəstələrə təqdim edəcək.
Eltac Zülfüqaroğlu/Turkustan.az