Psixi sağlamlığı qorumaq üçün neçədə yatmaq lazımdır?


Gec yatmaq depressiya daxil olmaqla müxtəlif sinir sistemi xəstəliklərinin inkişaf riskini artırır.

Turkustan.az xəbər verir ki, bu barədə “Psychiatry Research” jurnalında araşdırma dərc olunub.

Aparılan tədqiqatlara görə, xronobioloji üstünlüklərindən asılı olmayaraq insanlar psixi sağlamalıqlarını qorumaq üçün gecə saat 1-dən tez yatmalıdırlar.

Qeyd olunur ki, psixi sağlamlığa həm insanın xronotipi (müəyyən vaxtda yatmağa meyl), həm də həyat tərzi ilə müəyyən edilən yuxunun faktiki vaxtı təsir edir. Alimlər xronotipin, faktiki yuxu vaxtının və onlar arasındakı əlaqənin psixi sağlamlığa necə təsir etdiyini müəyyən etmək üçün araşdırmalar aparıblar.

Sorğu əsasında tədqiqatda iştirak edən orta yaşlı və yaşlı insanların xronotipi və akselerometriya üsulu ilə faktiki yuxu müddəti müəyyən edilib. Daha sonra bu məlumatlar və psixi və davranış pozğunluqları, depressiya, narahatlıq arasındakı əlaqəni müəyyənləşdirən analiz keçirilib.

Məlum olub ki, erkən yatan adamlar gec yatanlara nisbətən daha yaxşı psixi sağlamlığa malikdirlər. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ