Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama


Sosial şəbəkələrdə sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulduğu iddia edilir. Qadağanın onun nazir vəzifəsindən azad olunduqdan sonra qoyulduğu bildirilir.

Məsələ ilə bağlıGlobalinfo.az-a danışan sabiq nazir Elmar Məmmədyarov xəbəri təkzib edib.

O, son dəfə 1 ay öncə xarici ölkəyə səfər etdiyini bildirib:

“Yazılanların hamısı yalandır. Vəzifədən azad olunduqdan sonra dəfələrlə xarici ölkələrə getmişəm və heç bir problemlə üzləşməmişəm. Yazılanlara inanmayın, əsasssızdır. Düzdür, əvvəl pandemiyaya görə heç bir ölkəyə getmək olmurdu, amma sonralar yollar açıldı deyə rahat gedib-gələ bildim. Sonuncu dəfə 1 ay əvvəl xanımımla bərabər Yaponiyaya azərbaycanlı dostumun qızının toyuna getmişdim. Nədənsə, əksəriyyət sosial şəbəkələrdə insanları şərh yazıb, tənqid etməyə çalışır. Mənim heç kimlə işim yoxdur”.


MANŞET XƏBƏRLƏRİ