İranda balıq yağışı - VİDEO


İranda qeyri-adi yağış yağıb. Gündüz çağı ölkənin mərkəzində yerləşən Yasuc şəhərinin küçələrinə göydən balıqlar yağmağa başlayıb.

Sfera.az bildirir ki, göydən balıq yağmazdan əvvəl bir az yağış yağıb. Ardınca iri balıqlar yerə düşməyə başlayıb.Bu hadisənin səbəbinin su anbarının üzərində tüğyan edən tornado olduğu deyilir. Tornado, balıqları havaya qaldıraraq, bir neçə kilometr ölkənin mərkəzinə apara bilib.

Yayımlanan kadrlarda iri balıqların birbaşa asfaltın üzərinə düşməsi görünür. Onların bəziləri sağdır.

Xatırladaq ki, aprelin 24-də Ukraynanı eyni anda yağış və qum bürüyüb. Səthdə çökən sarı qum qalıqları yağışla birlikdə yağıb. Təbii hadisə üç regionda - Odessa, Vinnitsa və Kirovoqrad vilayətlərində qeydə alınıb.

/sfera.az/


MANŞET XƏBƏRLƏRİ