ÜST rəhbəri XƏBƏRDARLIQ ETDİ


Koronavirus ştammı “EG.5 D-19” geniş formada yayılmaqdadır.

Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib.

Cenevrədə çıxış edən Qebreyesus qış mövsümü ərəfəsində şimal yarımkürəsində həyəcanverici tendensiyaların müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, Yaxın Şərq və Asiyada ölüm hallarının sayı artır.

ÜST rəhbəri qeyd edib ki, Avropada koronavirusun bu variantı ilə reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayı artıb.

Qebreyesus bildirib ki, ən böyük narahatlıqlardan biri COVID-19 peyvəndinin son dozasını almamış risk altında olan insanlarda immunizasiya səviyyəsinin aşağı olmasıdır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ