Moldovalı deputat:”Azərbaycan nümayəndə heyətini AŞ PA-ya qaytarmaq lazımdır”


“Moldova nümayəndə heyəti olaraq, bu olaydan təəssüf edirik. Bizim nümayəndə heyəti AŞ PA rəhbərliyinə məktub göndərib. Biz orada qeyd etmişik ki, Azərbaycanla dialoq davam etdirilməlidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Moldova Parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Jhon Qroza deyib.

Onun sözlərinə görə, üzv ölkədə insan haqları problemləri varsa, onu dialoqla həll etmək lazımdır:

”Kənarlaşdırmaqla nəticə əldə etmək mümkünsüzdür. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin qayıtmasına şərait yaradılmalıdır. Nümayəndə heyəti qayıtsa, bütün məsələləri danışıqlarla həll etmək olar. Moldova nümayəndə heyətinin mövqeyi belədir”.


MANŞET XƏBƏRLƏRİ