AB missiyası erməniləri qəzəbləndirdi – “Azərbaycanındır, girə bilmərik”


Şərti sərhəd boyunca müşahidə aparan Avropa Birliyinin (AB) mülki missiyası Azərbaycana qaytarılacaq 4 kənddən yan keçib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Ötən gün AB müşahidəçiləri Voskeparda (işğaldakı Yuxarı Əskipara və Aşağı Əskipara arasındakı kənd – red.) olublar. Üstəlik, onlar İrəvan-Noyemberyan yolunun bir sıra hissəsindən yan keçərək, Alaverdi vasitəsilə Voskepara gəliblər.

Bölgə sakinləri müşahidəçilərin gəlişindən xəbər tutaraq onları qarşılamağa çıxsalar da, avropalılar İcevan-Voskepar yolundan yan keçiblər. Çünki onların fikrincə, bu ərazilər Azərbaycana məxsusdur. Bundan sonra bölgə sakinləri ilə AB müşahidəçiləri arasında qızğın mübahisə baş verib”, - məlumatda deyilir.

Söhbət Azərbaycana qaytarılacaq Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərindən gedir. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ