Qərbi Azərbaycanlılar evlərinə nə vaxt qayıdır? - Simonyan açıqladı


Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Qərbi Azərbaycanlıların Ermənistana qayıdaraq orada yaşaması təklifninin sülh müqaviləsinə daxil edilməsi barədə Prezident İlham Əliyevin açıqlamasına münasibət bildirib.

Turkustan.az-ın məlumatına görəö, bu barədə spiker jurnalistlərə açıqlama verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib ki, sülh müqaviləsinə qarşılıqlı şərtlərin daxil edilməsi üçün Ermənistana təklif edildiyini bildirib.

“Ona görə də biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır.

Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə, ümumiyyətlə, bu mövzuya toxunmamaq idi”.

Lakin Alen Simonyanın açıqlaması Ermənistan hakimiyyətinin Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına razı olmadığını göstərir. Hətta o, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışıb:

“Əgər biz həqiqətən də sülhün bərqərar olmasından danışırıqsa və sadəcə bir kağız imzalamaq və iddia etmək deyil, o zaman hər şeyin vaxt tələb etdiyini başa düşmək lazımdır. Məsələn, biz Gürcüstanla heç bir müqavilə bağlamamışıq, amma burada gürcülər yaşayır, Gürcüstanda soydaşlarımız yaşayır. Təbii ki, bir fərq var, çünki münaqişə amili mövcudur. Bu o deməkdir ki, vaxt lazımdır, Azərbaycan brend səviyyəsinə qaldırılmış ermənilərə qarşı nifrət təbliğatını dayandırmalıdır”, - spiker belə deyib.

Alen Simonyan əlavə edib ki, hansısa mərhələdə həm ermənilərin Azərbaycana, həm də azərbaycanlıların Ermənistana səfər edəcəyini istisna etmir. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ