Bu çağırışçıların çıxışına məhdudiyyət qoyula bilər


Hərbi xidmətə çağırışla bağlı rəsmi qaydada məlumatlandırılan şəxslərin ölkədən çıxışına müəyyən hallarda məhdudiyyət qoyula bilər.

Turkustan.az xəbər verir ki, bu, hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə öz əksini tapıb.

Qanuna əsasən, çağırışçıların və çağırışaqədər yaş həddində olan şəxslərin tibbi müayinəyə və ya hərbi xidmətə çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gəlməsi barədə çağırış vərəqəsi ilə rəsmi qaydada məlumatlandırılmasından sonra onların üzərinə müvafiq öhdəliklər yaranır.

Çağırış vərəqəsi vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər üsullarla təqdim edildiyi andan şəxs məlumatlandırılmış hesab olunur.

Qanunvericiliyə görə, çağırışçı üzrlü səbəb olmadan müəyyən edilmiş vaxtda aidiyyəti quruma gəlmədikdə inzibati və ya cinayət məsuliyyəti yarana bilər. Bu hallarda onun ölkədən çıxış hüququna müvəqqəti məhdudiyyət qoyulması mümkündür.

Məhdudiyyət çağırış vərəqəsi ilə rəsmi məlumatlandırma həyata keçirildikdən sonra tətbiq oluna və çağırışla bağlı öhdəliklər başa çatanadək davam edə bilər.

Qeyd olunub ki, ölkədən çıxışa məhdudiyyət bütün çağırış yaşlı şəxslərə deyil, yalnız çağırış prosesinə cəlb olunmuş və bu barədə rəsmi qaydada məlumatlandırılmış şəxslərə şamil edilir. /bakivaxti.az/

Çağırış üzrə öhdəliklərini yerinə yetirən və qanunvericiliyin tələblərinə əməl edən şəxslər üçün isə belə bir məhdudiyyət nəzərdə tutulmur.


MANŞET XƏBƏRLƏRİ