Prezidentin xüsusi nümayəndəsi: Zəngilanda dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir


"Hər üç rayonda salınan yaşayış məntəqələri dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb və bütün layihələr məhz bu prinsiplərə uyğun həyata keçirilir. Artıq Cəbrayıl və Zəngilan şəhərlərinə, həmçinin Ağalı, Məmmədbəyli, Şükürbəyli və digər yaşayış məntəqələrinə köç prosesi həyata keçirilib".

Turkustan.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Qubadlının Mahruzlu, Zilanlı kəndlərində, Qubadlı şəhərində və digər yaşayış məntəqələrində genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir:

"Bu gün həmin ərazilərdə minlərlə insan yaşayır, çalışır və regionun inkişafına öz töhfəsini verir. Bütün evlərdə, ictimai və inzibati binaların damlarında günəş elektrik panelləri quraşdırılır. Bərpa olunan enerji mənbələrinin istifadəsi sürətlə genişlənir. Bununla yanaşı, ərazidə çayların bol olması su elektrik enerjisinin inkişafı üçün də əlverişli imkan yaradır".

Vahid Hacıyevin sözlərinə görə, hazırda Zəngilan rayonunda ümumi gücü 50 meqavat olan dörd su elektrik stansiyası fəaliyyət göstərir:

"Artıq dəmir yolu xəttinin tikintisi yekunlaşmaq üzrədir. Zəngilan Beynəlxalq Hava Limanı, avtomobil yolları və dəmir yolu birlikdə regionun logistik potensialını əhəmiyyətli dərəcədə artırır. Bu infrastruktur Zəngilanı mühüm nəqliyyat və tranzit mərkəzlərindən birinə çevirir"./teleqraf


MANŞET XƏBƏRLƏRİ