ABŞ Prezidenti Donald Tramp İranı artıq məğlub etdiyini iddia edib və ölkəsinin növbəti əsas “düşmənini” açıqlayıb.
Turkustan.az xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, İranın çöküşündən sonra ABŞ üçün ən böyük təhlükə ölkə xaricində deyil:
“İndi – İranın məğlubiyyətindən sonra, ABŞ-ın ən böyük düşməni radikal solçu və son dərəcə qeyri-peşəkar Demokrat Partiyasıdır”.

ABŞ Prezidentinin bu açıqlaması ölkə daxilində ciddi müzakirələrə səbəb olub və bəzi ekspertlər bunu daxili siyasi qarşıdurmanın daha da dərinləşməsi kimi qiymətləndirirlər.
Qeyd edək ki, son günlər Trampın bir sıra qalmaqallı bəyanatları həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tənqid olunur.
Belə ki, ABŞ-da 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmaya rəhbərlik etmiş keçmiş FTB direktoru Robert Müllerin ölümünə Tramp sərt reaksiya verib. Buna sevindiyini bildirib və onu günahsız insanlara zərər vurmaqda ittiham edib.
Bundan əlavə, Tramp Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüş zamanı ABŞ-ın İrana hücum planları barədə müttəfiqlərə niyə əvvəlcədən məlumat verilmədiyi sualına cavabında mübahisəli ifadələr işlədib.
O, “hamıya əvvəlcədən xəbər vermək lazım deyil” deyərək, Yaponiyaya istinadla “Pörl Harbor barədə /Globalinfo.az