Corc Klunidən ŞOK AÇIQLAMA: Harrisin namizədliyi böyük səhv idi


Amerikalı aktyor Corc Kluni deyib ki, 2024-cü il prezidentlik yarışından geri çəkilən keçmiş prezident Co Baydenin yerinə keçmiş vitse-prezident Kamala Harrisin namizəd olması "səhv" olub.

Turkustan.az xəbər verir ki, Kluni CBS telekanalına müsahibəsində 2024-cü il prezidentlik yarışını şərh edib.

Demokratlar Partiyasını dəstəkləyən Kluni, 2024-cü ildə New York Times qəzetində dərc olunan, Baydenin prezidentlik yarışından geri çəkilməsinə çağırdığı rəy yazısının yanında olduğunu və yeni namizədi müəyyən etmək üçün Demokrat Partiyasının "ilkin seçki" keçirməsinə üstünlük verdiyini söylədi.

Kluni Baydenin yarışdan geri çəkilməsindən sonra Harrisin namizədliyini "səhv" kimi qiymətləndirərək, ABŞ-ın keçmiş vitse-prezidentinə bu yarışla bağlı "çətin tapşırıq" verildiyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ