İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib.
Turkustan.az report-a istinadla xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib.
O, qəzaya uğrayan təyyarənin uçuş heyətinin bütün üzvlərinin qəhrəmanlıq göstərdiklərini qeyd edib:
“Təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat davam edir. Lakin təhqiqatı aparan komissiyanın ilkin nəticələri təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib”.