Ukrayna -Türklərin qədim Vətəni


No description available.

Ələsgər Siyablı

Rusiyanın Ukraynaya qarşı yürütdüyü işğalçılıq siyasəti bu ölkənin tarixinə marağı artırmışdır.

Bununla əlaqədar mətbuat və sosial şəbəkələrdə Ukraynalıların etnik mənşə baxımından türk olduqları haqqında səthi və tarixi mənbələrə əsaslanmayan bəzi fikirlər səsləndrilmişdir.

Mövzunun xalqımız üçün də böyük maraq kəsb etdiyini nəzərə alaraq mənim "Туран-древнейшая история мира" kitabımda tarixi mənbələrə əsasən Ukraynanın türklərin qədim vətəni olmasını özündə əks etdirən bölmənin qısaldılmış variantını diqqətinizə təqdim edirəm.

Rusiya və Ukrayna qədim tarixini araşdırmadan öncə belə bir fikri qeyd etməyi lazım bilirik ki, prototürk adlandrılan öntürklərin təşəkkül tapdığı və minillər ərzində məskunlaşdıqları bu ərazilərə slavyanların ilkin dəstələri eramızın VIII əsrindən etibarən gəlməyə başlayaraq ilk öncə ucqarlarda məskunlaşmış və tədricən inkişaf edərək etnik qruplar şəklində formalaşaraq geniş əraziyə yayılmışlar.Tarixi inkişafın sonrakı dövrlərində bu ərazilər slavyanların və türklərin ortaq vətənlərinə çevrilmişdir.Sovet dövrü və müasir Rusiya tarix elmi qarşısında duran əsas məqsəd türklərin qədim tarixini saxtalaşdırmaqdan ibarət olmuşdur.

Bir çox müəlliflər Ukraynalıların türklüyünü yanlışlıqla əsas etibarı ilə qıpçaklara bağlayırlar. Halbuki Ukraynada prototürklərin və ilkin türklərin Ukrayna adlanan ərazidə məskunlaşmalarının tarixi daha qədim dövrləri əhatə edir.

İndi Rusiya adlanan ölkənin Altay dağlarından başlamış Ural dağları arasındakı Qərbi Avrasiya ərazisində Turan etnosu təşəkkül tapmış və tarixi mənbələrdə ilkin Turan adlanmışdır.

Slavyanlar Ukrayna ərazisində məskunlaşmadan yüz illər öncə bu coğrafiyanın əsas sakinləri türklərdən ibarət olmuşdur.Ukrayna ərazisinin və bütövlükdə Qara dınizin şimalının ən qədim sakinləri və burda ilkin uyqarlığın yaradıcıları rus müəlliflərinin skif, qərb müəlliflərinin isə iskit adlandırdıqları prototürk saklar və avropalıların kimvir adlandırdıqları prototürk kimmer/qmirlər olmuşlar. İskit/sak dövlətinin mərkəzini təşkil etdiyindən tarixi ədəbiyyatda Ukrayna ərazisinin qədim adı Skifiya və Kimmeriya kimi ifadə olunur.

İskitləri və ya skifləri bu ərazilərdə sarmatlar,hunlar, qotlar,oqurlar,xəzərlər,kumanlar, quzlar, qıpçaqlar, peçeneqlər və Qızıl Orda dövləti əvəz etmişdir.

Böyük tarixçi Lev Qumilyov şərqi slavyanların tarix səhnəsinə VIII əsrdən etibarən qədəm qoyduqlarını yazır.

Şərqi slavyanda ilk dövlət Ukrayna ərazisində yaranan Kiyev rus dövləti hesab olunur.Kiyev rus dövlətinin türk,varyaq,slavyan mənşəinə malik olmasına dair müxtəlif tezislər irəli sürülsə də

Bu dövlətin yaradılışdan etibarən türklərə məxsus olduğu tarixi mənbələr əsasında sübut olunmaqdadır.

Ukrayna adı ilk dəfə ölkə adı olaraq 1187-ci ildə İpatyev səlnaməsində Qalisiya bölgəsi kimi "Ukrayna Qaliçskaya" şəklində çəkilmişdir.

Bir çox rus və ukraynalı araşdırıcılar və o cümlədən Ukraynanın görkəmli tarixçisi M.S.Qruşevski Ukrayna adının "sərhəd ərazisi" anlamında "krayn" və ya "vkrayn" sözündən yarandığı fikrini irəli sürmüşlər.

Bir çox ukrayna tarixçisi isə Ukrayna adının ölkə və yer mənasında "kray" və ya "kraina" sözlərindən yarandığı fikrini irəli sürürlər.

Tarixi faktlar göstərir ki, Skifiya, Kimmeriya,Hun dövləti,Qotların dövləti,Bosfor çarlığı,Xəzər xaqanlığı,Avar xanlığı,Bulqar dövləti,Oqur dövləti,Rus xaqanlığı kimi ən qədim dövlət təşəkkülləri Rusiya ərazisində deyil,Şərqi Avropada məhz Ukrayna ərazisində mövcud olmuşdur.Bu baxımdan Ukraynanın dövlətçilik ənənləri tarixən Rusiyadan daha qədimdir.

P.Qolubovski,D.Rasovskiy,O.Pritzak,P.Toloçko,V.Markov və.s.kimi müəlliflər türk tayfa birliklərinin Ukrayna tarixində və Ukrayna xalqının etnogenezinin formalaşmasın oynadıqları rolu araşdrılmasına konkret əsərlər həsr etmişlər.

Ukrayna xalqı türk-slavyan etnik birliyi nəticəsində yaranmış etnosdur.Tarixən türklərin vətəni olan Ukrayna slavyanlar VIII əsrdən etibarən tarix səhnəsinə qədəm qoyduqdan sonra hər iki etnosun ortaq vətəninə çevrilmişdir.

Ukrayna tarixçisi P.Qolubovski yazır ki,.Türklərin axınlarla gəlib yüz illər ərzində Qara dınizin şimal ərazilərində məskunlaşmaları bu əraziləri onların daimi yaşayış məskənlərinə, vətənlərinə çevirmiş oldu

Ukraynanın böyük tarixçisi və dövlət xadimi M.Qruşevski V-VI əsrlərdə Ukraynanın meşə-çöl zonasında məskunlaşmış türk mənşəli hesab etdiyi antları Ukrayna xalqının birbaşa əcdadları hesab edir.

Y.Daşkeviç,M.Brayçevskiy,Y.İsayeviç,Q.Povtarak,V.Baran kimi Ukrayna tarixçiləri də Qruşevskinin bu tezisini dəstəkliyirlər.Ant tezisinin tərəfdarları bu məsələdə O.Potebninin, A.Krımskinin, İ.Oqienkonun linqvistik təhlillərini əsas götürürlər.

No description available.

Ukrayna alimlərinin Ukrayna etnogenezində Ant amilinin əsas götürülmələri rus və rus-sovet tarixçilərinin Ukrayna-rus vahid etnik mənşəi haqqındakı rəsmi "qədim rus xalqı" tarixi-ideoloji konsepsiyasına qarşı qoyulmuş və müstəqillik dövründə Ukrayna elmi dairələrində geniş rəğbət görmüşdür.

Son dövrlərdə linqvistik və arxeoloji dəlillərlə daha da əsaslandrılan Ukraynalıların ruslardan fərqli özəl etnik kökə malik olmaları haqqındakı konsepsiya orta əsrlərdə vahid slavyan dili və vahid slavyan etnosunun mövcudluğunu inkar etməkdədir.

Rus tarixçisi V.Markov yazır ki, IV əsin axırlarından XVIII əsrə qədər Ukrayna çölləri müxtəlif türk tayfalarının fasiləsiz şəkildə məskunlaşdığı ərazilər olmuşdur. Türklərin min il ərzində bu ərazidə mövcudluğu Ukraynalıların dilində,mədəniyyətində və xarici görünüşlərində dərin izlər buraxmışdır.Bu gün də Ukraynalılar özləri də fərqinə varmadan dillərində türk sözləri işlədir,türk adı daşıyan yaşayış məskənlərində yaşayır, türk soyadları daşıyır və bir qismi də antropoloji cəhətdən türk xalqlarının tipik nümayəndəsi görkəminə malikdirlər.

Ukrayna adının türk dili etimalogiyası əsasında izah edən fikirlər də mövcuddur.Ölkənin adı qədim slavyandilli səlnamələrdə iki formada, Ukrayna və Okraina şəklində yazılır.

Bir çox tarixçilər Ukraynalıların etnik kökünün türklərin təşkil etdiklərini və Ukrayna adının türklərin Oqur tayfa adından yarandığı fikrini irəli sürürlər.

Bu fikri müdafiə edən müəlliflərdən biri olan polşa tarixçisi Tadeuş Çzacski Ukraynalıların slavyanlara heç bir aidiyətlərinin olmadığını və onların əcdadlarının VII əsrdə Volqa çayının arxasından gələn uqur/oqur ordası olduğunu yazmışdır.Çzacski Ukrayna adının da kökündə Oqur etnoniminin durduğu haqqında qətiyyətlə fikir irəli sürür.

Alman alimi M.Fasmer "Rus dilinin etimoloji lüğəti" əsərində Ukrayna adının qədim slavyan dilindəOuqrinşəklində yazıldığını və bu terminin ilk öncə Ukraynanın şərq ərazisinə aid olduğunu yazır.

Tarixi qaynaqlar və linqvistik dəlillər Ukrayna adının kökünün Oqur və ya Onoqur türk tayfa birliyinin adına bağlı olduğunu və Ukrayna adının Oqur adının sonuna slavyan dillərinə xas "in" mənsubiyyət şəkilçisi artırmaqla Oqurin və ya Fasmerin də təsbit etdili kimi Ouqrin şəklini almış olduğunu sübut edir.Türklərin Ouqrin tayfa adı tədricən Ukrain formasına dönüşmüşdür.

Oqur adı Oquz adının r-z əvəzlənməsi ilə yaranan variantıdır.Oqurlar oquzların qərb qolunu təşkil edirdilər.

Hunların hücumları 463-cü ildə oqur, saroqur və on oqur tayfa birliyinin də şərqə doğru köçlərinə səbəb oldu.460-cı ildə Qara dənizin şimal ərazilərini əhatə edən çöllərə türk tayfalarının oqurlardan ibarət yeni dalğası daxil oldu.Sonradan həmçinin oquz adı ilə tanınan oqur tayfaları sarıoqur,onoqur,uturqur,kuturqur kimi qollara bölünürdülər.Onların tərkibində bolqar adlanan türk tayfa birliyi də mövcud idi və sonradan oqur boyları bulqar tayfasının hakimiyyəti altında birləşdilər.

Oqurların da daxil olduğu Bulqar türk tayfa birliyi V əsrin axırlarından etibarən Qara dənizin və Azov dənizinin şimal ərazilərində və Don çayı boyunca məskunlaşmışdılar.Ümumu adla bulqar adlanan oqur tayfaları 490-cı ildə iki qola ayrıldılar.Kuturqurlar Qara dənizin qərbinə, utiqurlar isə şərqə doğru hərəkət etdilər.

Prisk,Prokopiy, Menandr və Aqafiy kimi V-VI əsr tarixçiləri Hun dövləti dağıldıqdan sonra Oqur birliyinə daxil olan onoqur, kutroqur,uturqur kimi tayfaların Azov və Qaradəniz ətrafında məskunlaşdıqlarını yazırlar.

V-VI və sonrakı əsrlərin Avropa müəllifləri Azov dənizinin şimalında yerləşən Ukrayna ərazisini Onoquriya və ya Oquriya yəni latın dilində "Patriya Onoquriya" adlanırdı.

Rəsmi tarixşünaslıqda Rus dövlətçiliyinin başlanğıcı Ukrayna ərazisində yaranmış Kiyev Rus dövləti olaraq qəbul edilir.Kiyev rus dövlətinin yaranması haqqında "norman", "türk" və "slavyan" olmaqla üç nəzəriyyə irəli sürülmüşdür.

Sovet dövründə ideoloji səbəblərlə Kiyev dövlətinin yaranmasında slavyan tezisi üstünlük qazanmışdır.Lakin tarixi dəlillər Kiyev dövlətinin bir türk dövləti olduğunu sübut edir.

Qədim Kiyevin 1039-cu il məcəlləsində və "Povest vremmenıx let" adlı salnamədə Kiyevin əsasınının şəhərin üç təpəsi üzərində üç qardaş Kiy,Şek,Xoriv və bacıları Lebed tərəfindən qoyulduğu yazılmışdır.Qardaşlar şəhəri böyük qardaş Kiyin adı ilə Kiyev adlandırmağı qərara almışdılar

Kiyevin adı qədim mənbələrdə "Kıyev", "Kıyov", "Kuyev" şəklində yazılır.Türk dilində kiy/kıyı sözü qiraq,sahil anlamındadır və Dnepr çayının sahilində salınmış Kiyev şəhərinin adı türkcə Kıy-ev və Kıy-ova yəni çayın qırağındakı,sahildəki ev və ya oba mənasındadır.Ukraynalılar indi də Kiyev adını əslində olduğu kimi Kıyiv şəklində ifadə edirlər.

Rusiyada Avrasiya nəzəriyyəsinin banilərindən olan Q.V.Vernadski Kiyevin əsasının 830-cu ildə xəzərlər tərəfindən qoyulduğu fikrini irəli sürmüşdür.Onun fərziyyəsinə görə Kiyevin əsasını qoyan üç qardaş xəzərlər olmuşdur.Vernadski Kiy sözünün türkcə "kıyı" -çay sahili demək olduğunu yazır

Tarixçi S.Q.Klyaştornı da Konistantin Porfiqorun KiyeviKuova, ərəb və fars mənbələrində isəKuyabaadlandırdıqlarına istinad edərək şəhərin adının türkcə Kıy-sahil və oba sözündən yarandığı fikrini irəli sürür

X əsr Bizans İmperatoru Konistantin Baqryanrodnu Kiyevin adını qədim deyiliş forması olanKiovaşəklində yazır və onun digər qədim adının Samvataş olduğunu qeyd edir.Sözün anlamı türkcə olub "sam" yüksək, "bat" güclü, "taş" qaya anlamında olub xəzər türklərinin dilində "yüksəkdəki qala" deməkdir.Bu ad Dneprin yüksək sahilində yerləşən Kiyev şəhər qalasının coğrafi relyefini əks etdirir.

Kiyev adının istər Sambatas istərsə də Kiyoba\Kiyev variantları olsun hər ikisi də türk dilində qənaətbəxş izahını verir.Kiy/Keyqədim türk dilində sərt,möhkəm deməkdir.Kiyoba və ya Kiyev adının da Sambatas kimi türk dilində anlamı "möhkəm qala" şəklindədir.

Kiyevin qədim adlarından biri də Danpar yəni Dnepr şəklindədir.

Skandinavların Hun kralı Attilaya həsr olunmuş "Atla-Kavida" saqasında çay sahilində yerləşən Danpar Atilin paytaxtı və onun ölkəsində şəhər olduğu yazılmışdır.

Ukrayna mənşəli amerikalı tarixçi Omelyan Pritzak Kiyev şəhərinin VII əsrdə yaranmasını xəzərlərlə əalaqələndrir və şəhərin əsasını qoyan Kiyi Xəzər xaqanının vəziri xarəzm-xəzər qəbiləsinə mənsub olan Əhməd ibn Kuye ilə eyni adam olduğunu yazır.Şəhərin adı Əhməd bin Kuyenin adı ilə Kuyoba adlanmışdır.Bizans və ərəb mətnlərində Kiyev adı Kuyoba şəklində yazılır.Adın slavyanlaşması nəticəsində Kıyev/Kuyev şəklini almışdır.Kiyev qalasının yerləşdiyi əraziyə bitişik Berestovo təpəsi səlnamələrdə Uqorskoe yəni Oqur təpəsi adlanır

Povest vremennıx let səlnaməsində Kiyevdə Kazar adlı məhəllənin mövcudluğunu qeyd edir.

O.Pritzak Kiyevdə xəzər adı ilə əlaqədar Kiyevin bir xəzər şəhəri olduğunu yazmışdır.O Kiyevdə Uqorskoe adlı məskənin mövcudluğunu oqur tayfaları ilə əlaqələndrir.Kiyevdə Kopırevo kontza adlı məhəllənin xəzərlərin Kabar tayfasının adı ilə əlaqələndrir və onların Kiyevin içəri şəhərinin kabar tayfası tərəfindən məskunlaşdığını yazır.Pritzak həmçinin Kiyev və ətrafında məskunlaşmış polyanların xəzərlər olduğunu, bu etnonimin çöl anlamındakı pole sözündən yarandığı və bu adın onlara Kiyevin şərqindəki çöllərdə məskunlaşdıqları üçün verildiyini yazır. Bütün bunlar bir daha onunla sübut olunur ki,səlnamədə yazıldığına görə Kiyev şəhəri 862-ci ildə Xəzər xaqanlığına məxsus ərazi olmuş və ona xərac ödəyirdi.

Xəzər xaqanlığı Kayı polyanları və quzları və digər özlərinə qohum tayfaları öz hakimiyyətləri altında birləşdirərək onlardan xərac alırdı.Lavrentyev səlnaməsində də müəllif "biz öz qohumlarımız xəzərlərə xərac ödəyirik" yazmışdır.

Skandinav kimi qələmə verilən Rusların əslində varyaq deyil türk mənşəli olduqları və Rus dövlətinin türklər tərəfindən yaradıldığı haqqında başqa bir tezis də mövcuddur

Xəzərlərlə rusların eyni mənşəyə malik olduqları bir çor tarixi mənbələrdə əks olunmuşdur.Anonim "Məcmu ət-təvarix" adlı əsərdə yazıldığına görə Rus və Xəzər eyni atadan və anadan doğulmuşlar.Rus böyüdükdən sonra öz yeri olmadığı üçün öz qardaşı Xəzərə məktub yazaraq ondan ölkəsinin bir hissəsini ona verməsini istədi.Xəzər öz qardaşına Xəzər ətrafında ərazi verdi.

Tezliklə böyüyən Kiyev knyazlığı kayı və aors türk tayfalarının başçılığı altında müxtəlif türk və slavyan tayfalarından ibarət döyüş qabiliyyətli bir dövlətə çevrilmişdir.Hər iki Aors və kayı hakimiyyət sülaləsi çuğlaşaraq rus knyaz-çarlar sülaləsini meydana gətirmişlər.İlk Kiyev knyazlarının sikkələrində türk tamğasını aydın şəkildə aşkar etmək olar.

İlk Rus hökmdarları da türklər kimi xaqan tituluna malik idilər.Bizans imperatoru Vasiliy 871-ci ildə dörd xalqın hökmdarının xaqan tituluna malik olduqlarını yazır:avarlar,xəzərlər,bulqarlar və ruslar.Bu titul ruslarda XI əsrdə də mövcud idi.

Elmi ədəbiyyata Rus xaqanlığı terminini ilk dəfə rus tarixçisi S.A.Qedeonov1862-ci ildə gətirmişdir.O Rus xaqanlığının varyaqlardan öncə rus dövlət təşkilatı olduğu fikrini irəli sürmüşdür.

Qedeonov Rus xaqanlığı dövlətinin IX əsrin 839-871-ci illəri arasında mövcud olduğunu qeyd edir.

S.Qedeonov varyaq məsələsinə həsr etdiyi məqaləsində Rus xaqanlığının mövcudluğunu təkzibedilməz tarixi fakt adlandrır və skandinavlara yabançı olan,Avar və Xəzər dövlətləri ilə qonşuluqda Rus xalqının mövcud olduğunu qeyd edir.

IX əsrin bir çox müəllifləri Rus xaqanlığı adlı dövlətdən bəhs edirlər.

Ukrayna mənşəli amerikan tarixçisi Omelyan Pritzak belə bir nəzəriyyə irəli sürmüşdür ki,Rus xaqanlığı Xəzər xaqanlığından törəmişdir.Onun fkrinə görə Sambatas adlı Xəzər xaqanı 830-cu ildə ölkə daxilində baş verən dini zəmindəki qarşıdurma nəticəsində onu iudaizm dinini qəbul etməyə məcbur etdikləri üçün Kiyevə mühacirət etmişdir.

Türklər göl ətrafında yaşayan varyaqları ərazinin coğrafi şəraitinə uyğun olaraq "Gölbəyi" adlandraraq özlərininki hesab edirdilər.

Rus adı Türklərin Oğuz xaqan dastanında Urus şəklində Urum xaqanın oğlu kimi təqdim olunur.

Türklərin tarixində Urus xaqan adı ilə bir neçə hökmdarlar məlumdur.Tanrıçılığa etiqad edən Urus 820-ci ildən sonra Xəzər xaqanı olmuş və Obadiyə qarşı antiudey üsyanına rəhbərlik etmişdir.Baxşı imanın yazdığına görə Urus xaqan ana tərəfdən bulqar türklərinin urus boyunun Uslan qəbiləsinə mənsub idi.Urus adı daşıyan digər bir Türk hökümdarı Urus Ruy (414-434) Atillanın əmisi olub Roma ordusuna qalib gəlmişdi.Caqfar tarixində yazıldığına görə Böyük Bulqar dövlətinin yaradıcısı Kurbat xanın nəslindən olan Bulqar xanı Urus Uqur Aydan (819-855) Urus bəyliyinin əsasını qoymuş Laçın Ryurikin (855-882) atasıdır.Ryurikdən sonra hakimiyyətə Laçın Uqur (rusların İqoru 916-945), Uqurdan sonra rusların Svyatoslav adlandırdıqları Bars (945-972) gəlmişdir

Çingiz xanın dövründə qırğızların xanı Urus İnal adlanırdı.

XI əsrdə Kiyev mitropoliti olmuş İlarion Kiyev dövlətini "Kiyev xaqanlığı" adlandrır.

Bir sıra rus salnamələrində rus knyazları haqqında "bizim ölkənin böyük xaqanı", "bizim xaqan Vladimir","bizim mömin xaqan Yaroslavl" kimi epitetlər istifadə olunmaqdadır.Bütün bu faktlar Rus xaqanlığının Xəzər xaqanına tabe vassal bir xaqanlıq olduğunu göstərir,Xəzər xaqanlığının siyasi sistemində bir neçə belə kiçik xaqanlıqlar mövcud idi.Xaqan titulu XI əsrin axırlarından etibarən knyaz titulu ilə əvəz olunmağa başladı ki bu titul da türklərə məxsus idi.

Rus dövlətinin sonrakı dövründə xaqan titulu yerinə hökmdarlar yenə də türklərə məxsus Çar/Tzar hakimiyyət titulundan istifadə edirdilər.Çar sözünün "sezar" titulu ilə əlaqələndirmək yalnış yozumdur. Çar sözü türklərdə hakimiyyət titulu geniş yayılaraq qədim dövrlərdən etibarən Çur Teqin, Beq Çur,İnanç Çur,İşbara Bilqe Çur şəklində istifadə edilirdi.Çur sözü Kür sözünün dialekt forması olub türk dilində anlamı cəsur,qorxmaz,igid anlamı daşıyır..(ДТС,Л.1969,Səh.157,328)

İbn Xaldun da rusların türk olduqlarını,xristian dininə etiqad etdiklərini və Roma ilə qonşuluqda yaşadıqlarını yazır.

XIII əsr ərəb müəllifi Əbulfida rusların türk mənşəli olduqlarını və onlardan şərqdə eyni mənşəyə malik olan quzlarla sərhədə malik olduqlarını yazır.

Slavyan krill əlifbasını yaradacıları olan Krill və Mefodi qardaşlarının onları həyatına həsr olunmuş "Jitye Krilla" (Krillin həyatı) adlı kilsə-bioqrafik əsərdə Dunay ətrafından Salonikə mühacirət etmiş xristianlığı bizanslılardan qəbul etmiş bulqar türk ailəsində doğulduqları yazılmışdır.Bolqar alimləri də onların bulqar olduqlarını yazırlar.

Slavyan provoslav kilsə dili Bulqar çarının himayəsinə sığınan Kril və Mefodinin xristianlığı qəbul etmiş şagirdləri bulqar türkləri tərəfindən xristian dini kitablarını Makedoniyada sklavon-slavyan dilinə tərcümə etmələri nəticəsində yaranmış və burdan digər slavyan ərazilərinə,o cümlədən Kiyev ərazisinə yayılmışdır.

Kiyev rus dövləti xristianlığı qəbul etdikdən sonra slavyan dili pravoslav kilsəsinin dini dili əsasında formalaşmışdır.Hakimiyyəti türklərdən zəbt edən slavyan ruslar türkləri xristianlaşdıraraq tədricən xristian kilsənin slavyan dilini türklərə qəbul etdirmişlər.

Slavyanların Kozaq adlandırdıqları Kazaq türklərinin Ukraynalıların etnogenezinin formalaşmasında önəmli rolu olmuşdur.

Ukrayna ərazisinə səyahət etmiş bir çox xarici səyyahlar Ukraynanın kazakların ölkəsi olduğunu yazırlar.

Bir çox mənbələrdə kozaqların mənşəi "Çyornıe kolobuki" adlanan türk tayfalarına bağlanır.

Rasovskinin yazdığına görə Çyornıe Kolobuk adlandrılan quzların Ukrayna tarixindəki rolları çox böyükdür

Xəzər xaqanlığı dövründə Volqa və Don arasında məskunlaşan quzlar peçeneqləri sıxışdırdılar və onlar köçüb Dnepr sahillərində yerləşdilər və burdakı macarları Dunay sahillərinə köçməyə məcbur etdilər.

Xəzər xaqanlığının süqutundan sonra Volqanın aşağı axarı əraziləri peçeneq,oğuz və polovets-kumanların hakimiyyəti altında idi.

Slavyan səlnamələrində Tork,Bizans mənbələrində Uz adlandrılan Oğuzların Ukrayna ərazisində məskunlaşması IX əsrin əvvəllərindən başlayır.Xəzərlər peçeneqlərə qarşı uzlarla ittifaq bağladılar.Quzlar peçeneqləri təqib edərək onları məskunlaşmış olduqları Dneprətrafı ərazilərdən sıxışdıraraq özləri həmin ərazilərdə yerləşdilər.

Peçeneqlər 8 ordadan ibarət idilər.Onların dördü Dneprin sol sahilində,dördü də sağ sahilində məskunlaşmışdılar.

Kiyev dövlətinin yarandığı IX srdən başlayaraq müxtəlif türk tayfalarının bu dövlətlə konfederatlar yaratmaları səlnamələrdə çox saylı nümunələrlə öz əksini tapmışdır.Vahid dövlət tərkibində türklərlə yaradılan bu konfederatlar şəklindəki hərbi ittifaqlar Bizans və Polşanın təcavüzünə qarşı yönəlmişdi

Səlnamələrdə tork adlandrılan quzların Kiyev knyazlığı dövlətində iştirakı o qədər önəmli rola malik idi ki, İpatyevo səlnaməsində ölkənin adı "Rouskaya zemlya və Çyornıe kolobuki" şəklində dəfələrlə təkrar olunur.Mənası "Rous torpağı və qara kolpaklar" demək olan bu ifadə artıq XII əsrdə Kiyev knyazlığı dövlətinin siyasi-inzibati ərazi qruluşunun iki tərkibdən ibarət olub konfederativ əsasda idarə olunduğunu sübut edir.

Qarakalpaklar oğuz-peçenek boy birliyinə aid edilir.Slavyanlar qarakalpakları "çyornıe kolobuki" adlandrırlar ki "kolobuk" sözü qalpak sözünün təhrif olunmuş şəklidir.Qarakalpakların digər bir adı da "qara börklü"dür.Azərbaycanda qarakalpak və qarabörklülər qarapapax adı ilə məlumdurlar. Karakalpaqların şəcərə əfsanəsinə görə onlar 1600 il öncə Azərbaycanın Təbriz və Urmiyə gölü ətrafından gəlmişlər. Qrakalpakların Urmiyə ətrafındakı qohum tayfaları onlar kimi eyni adı daşıyan Azərbaycan türklərinin Qarapapaq boyudur.Qaraqalpakların Qarapapaklarla eyni mənşəyə malik olmaları hər iki boyun tərkibində Baharlı adlı qəbilənin mövcud olması ilə sübut olunur.

Ukraynada qədim dövrlərdən etibarən türklərin mövcudluğunu sübut edən ən önəmli amillər çərkəz və kazaklardır.Hər iki etnik və ya siyasi-hərbi təşəkkül Ukrayna xalqının etnogenesində önəmli rol oynamışdır.

Beləliklə Ukrayna xalqının etnogenezində önəmli rol oyanayan ən önəmli tayfalar olan "çyornı kolobuklar" azərbaycanın qarapapax türkləridir.

Ukrayna adı ilk öncə kazak adlandrılan quzların məskunlaşdıqları Kanev və Çerkas şəhərləri və ətraf ərazilərin yerləşdiyi Orta Dneprətrafı ərazilərə aid edilirdi.

Rus çarlarının qramotalarında və digər beynəlxalq sənədlərdə Ukrayna bəzən Çerkas və ya Kazak adlandrılırdı.

Çerkes/çərkəz etnonimi əsas etibarı ilə orta əsrlərdə türklərin quz/uz, tork, qarabörk (çyornıy kolobuk) boylarını əhatə edən peçeneq-oğuz tayfalarının ümumi adı kimi istifadə olunurdu.

Qıpçaq dillərinin Kazax-noqay dialektində ç-s-ş əvəzlənməsi qaydası mövcuddur və buna uyğun olaraq kazax dilində çərkəz adı şerkeş şəklində ifadə olunur.

Adıqların çərkəz adlandırmaları tarixi bir yalnışlıqdır.Adıqlar Kuban ərazisinə köçüb gəldikdən sonra burda yaşayan çərkəz türkləri ilə eyni ərazidə yaşadıqları üçün çərkəz adlanmışlar.

Çerkes/Çerkas etnoniminin kökü bulqar türklərininAsboyuna bağlıdır vəÇerik-asanlamı daşıyır və "As çeriki" yəni As qoşunu deməkdir.Bir çox müəlliflər kimi Q.Y.Klaprot da Çerkəzləri tatar-türk mənşəli hesab edir və adın kökünü türk dillərində qoşin,hərbi birlik anlamı daşıyan "çeri" sözünə bağlayır.

Fikrimizə görə Çerkez və Kasoq adlarının eyni ərazidə eyni etnik qrupa aid edilməsi bu adın eyni etimoloji məna kəsb etdiyini sübut edir.Biz Çerikez/Çerikas adının kökündəçeri-kuzsözünün durduğunu və anlamının kuz/quz çerisi, quzlara məxsus qoşun,hərbi dəstə anlamı daşıdığı fikrindəyik.Kasoq/Kosaq/Kasax etnoniminin kökündə Kuz/Kas türk boy birliyi adı və xalq,əhali,tayfa anlamı daşıyan oq/ox sözü durur.

Qəhrəman Kazak Mamay Ukrayna xalqının azadlıq sevər, mərdlik və ölümsüzlük ruhunu təmsil edir.

Ukraynada qaydamak hərəkatı polşa və rus imperiya ağalığına qarşı mübarizə və Ukrayna xalqının müstəqilliyi uğrunda azadlıq hərəkatı idi.Ukrayna xalqı rus imperiya əsarəti altına düşdükdən sonra Kazak Mamay və ya Qaydamak Mamay Ukrayna xalqının itirilmiş azadlığının, şöhrətinin və milli iradəsinin nastaljik obrazına çevrilmişdir.Mamay azadlıqsevər Ukrayna kazaklarının ümumiləşdrilmiş obrazıdır.Kozak və Çerkes türk mənşəli adlar olduğu kimi Ukraynanın milli azadlığı hərəkatının silahlı dəstəsi olan Qaydamaklar adı da türkcə olubhaydamak/haydatmaqhücum etmək,qovmak anlamı daşıyır.(Гайдамаки.Современный тольковый словарь.Большая Советская Энсиклопедия.2019)

Türk oğuz boyunun kiyat qəbiləsinə mənsub olan Krım bəylərbəyi Mamay Qızıl orda xanı və sərkərdəsinin adıdır.

Ukraynanın gerbi olan Trizubets həmçinin Ukraynanın tarixində önəmli rol oynamış kiyat qəbiləsinə mənsub knyaz Mamay-Qlinskilərin də gerbi olmuşdur.(Шенников А.А.Княжества потомков княза Мамая.Л.1981.)

Ukraynalıların məhşur Qopak kazak rəqsi ilə birlikdə Kobız musiqi aləti Mamayın və kazaq-qaydamakların sevimli atributlarıdır..

Ukrayna kazaklarının milli döyüş rəqsi olan Qopakın kökü də türkcə "Hop-Hopa" sözünə bağlıdır və kazakların rəqs zamanı"qop,qop" təntənəli nidasını ifadə edir.Bu "hop" nidası türk xalqlarının rəqs zamanı coşğusunu ifadə edird.

Kazaklara döyüş və mübarizə ruhu aşılayan bu rəqsin əsl adı "Kozak" olmuşdur,lakin II Yekaterina Kazak adını qadağan etdikdən sonra kazaklar bu rəqsin adını onun ifası zamanı ifadə etdikləri "Hop!Hopa!" hayqırtısını ifadə edən sözlə əvəz etmişlər.

Kazak geyimlərinin əsas atributlarından olan qara şiş papaqlar türklərə məxsus olması haqqında fikir mövcuddur və bütövlükdə slavyanlara papax qoyma ənənəsi türklərdən keçmişdir."Çyornıe kolobuki" adlanan oğuz türkləri ucu şiş qara xəz papax qoyurdular ki türklərə xas bu ənənəvi baş geyimi "kuçma" adı ilə kazakların və bütünlüklə şərqi slavyanlar olan Ukraynalıların,rusların və bolqarların ənənəvi geyim atributlarına çevrilmişdir.

Ukraynanın aristokratik təbəqəsini təşkil edən şlyaxta içərisində Qlinskilər, Dolqolatovlar (Tuqlat),

Domontlar (Tümənlilər), Polovsı-Rojinovckilər (Kumanlar),Temürüklər,Pyatiqorskilər (Beştaular) türk mənşəli knyazlar idilər.

Ukraynada Kobızçı, Kozari,Kotuz,Kumaniv,Peçeneq,Polovets,Sabar,Torki,Uzi,Bayrak,Batur,Orda kimi çoxsaylı türk mənşəli toponimlər mövcuddur.(Олександр Черноволенко.Тюркские топонимы вне степной зоне.livtjurnal.com.)

Ukraynanın cənubunun köçəri türkləri bu regionun tarixinin önəmli tərkib hissəsini təşkil edir.Ukrayna tarixi eposlarında Qaydamak Mamay,Mixail Kozarin,Soqmat və s.kimi çoxsaylı türk soyadlı qəhrəmanların adları əks olunmuşdur.(Леонид Зализняк.Стародавня iсторiя Украiни.Киев 2012.Səh.310)

Kazaklar Zaparojye seçini əsl adı ilə "Kazakskiy Koş" adlandrırdılar.Türkcə onun anlamı "kazak qoşunu və ya birlyi" deməkdir.Litva və Polşa dövlətinin bu ərazini öz hakimiyyəti altına almasından öncə Kazak hərbi-inzibati ərazisi Kazak Atamanlığı və ya Atamanşina (Kazaçiy Ataman) adlanırdı.Litva knyazlığı dövründən bu ad ataman adının alman dilində tərcüməsi olan başçı anlamında Qetman (Hauptman) adlandı və Atamanlıq termini Qetmanlıq (Qetmanşina) termini ilə əvəz olundu.

Tarixi ədəbiyyatda Tork və ya quzların Ukrayna ərazisində tarixin sonrakı dövrlərində yoxa çıxmalarının səbəbləri onların artıq vahid kazak etnik birliyi tərkibində birləşmələri və ümumi Kozak adı ilə meydana çıxmalarındadır.

Türk xalqlarının ukrayna mədəniyyətinə güclü təsiri olduğu kimi onların fiziki görünüşlərində də dərin iz buraxmışdır.P.Toloçkonun da qeyd etdiyi kimi Ukrayna mahnılarında tərənnüm olunan "çorni bravı,kari oçi" qaraqaşlı,qəhvəyi gözlü ifadəsi türk tayfalarının Ukrayna etnosunun formalaşmasındakı oynadıqları rolu təcəssüm etdrir.

Ukrayna qədimdən türklərin vətəni olmuş və VIII əsrdən sonra bu əraziyə gəlmiş slavyanların yerli Oqur,avar,quz,tork,qarapapaq,peçenek,polovets və qıpçak türk tayfaları ilə qaynayıb qarışması nəticəsində yeni slavyandilli Ukrayna etnosu meydana gəlmişdir.Ölkənin Ukrayna/Oqurina adının kökünü də türk Oqur etnonimi təşkil edir.

"Туран-древнейшая история мира" kitabından


MANŞET XƏBƏRLƏRİ