Fransada müxalifət partiyaları tərəfindən hazırlanan prezident Emmanuel Makronun impiçmenti haqqında qanun layihəsi ilk təsdiqini alıb. Milli Məclisin ofisində səsə qoyulan qanun layihəsi 10 əleyhinə 12 səslə qəbul edilib. Lakin qanun layihəsinin yekun təsdiqini alacağı gözlənilmir.
Turkustan.az xəbər verir ki, Fransada Emmanuel Makronun prezidentliyi başa çatır? Seçkilərdə qalib gələn, lakin hakimiyyətə gedən yolu Makron tərəfindən kəsilən sol ittifaqın prezidentinin impiçmenti təklifi parlamentə doğru gedir. Milli Assambleyanın Bürosu Makronun impiçmenti prosedurunun başlanmasına dair qanun layihəsinə səs verib. 22 üzvdən 12-si qanun layihəsinin lehinə, 10-u isə əleyhinə səs verib. Beləliklə, qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.
Bəs indi proses necə işləyəcək? Qanun layihəsi əvvəlcə müzakirə üçün Qanunlar Komissiyasına göndəriləcək. Buradan təsdiq alarsa, parlamentin ümumi yığıncağına təqdim olunacaq. Deputatların üçdə ikisi qanun layihəsini təsdiq etməlidir. Əgər kifayət qədər səs çoxluğu əldə olunarsa, qanun layihəsinin növbəti ünvanı Senat olacaq. Parlamentin hər iki palatasının iştirak edəcəyi bu səsvermədə fransalı deputatların üçdə ikisinin dəstəyi tələb olunur. Əgər səs çoxluğu əldə olunarsa, impiçment qanun layihəsi qəbul ediləcək.
İmpiçment prosesi başlayıb, lakin ekspertlərin fikrincə, qanun layihəsinin qəbul ediləcəyi ehtimalı azdır. O qədər ki, seçkidə qalib gələn sol ittifaqın daxilində də çatlar var. Sosialist Partiyası qanun layihəsinin Milli Assambleya Baş Assambleyasında müzakirəyə çıxarılacağı təqdirdə Emmanuel Makronun vəzifədən azad edilməsinin əleyhinə səs verəcəyini açıqlayıb. Mərkəz-Sağ Respublikaçılar Partiyasının çoxluq təşkil etdiyi Senatda qanun layihəsini qəbul etməyin çətin olacağı da hesab edilir.
Fransada iyunun 30-da və iyulun 7-də keçirilən ümumi seçkilərdə sol ittifaq və yeni xalq cəbhəsi qalib gəlib. Lakin 289 deputatın mütləq əksəriyyətinə çata bilməyib. Prezident Makron solçu alyansın baş nazirliyə namizədini rədd etdi və sağ mərkəzçi Mişel Barnieri baş nazir seçdi. Barnierin bu həftə hökumət quracağı gözlənilir.
Eltac Zülfüqaroğlu/Turkustan.az