Ümumdünya Səhiyyə Təşkilatı M-pox virusuna qarşı ilk peyvəndi təsdiqlədi


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) M pox (mpox) virusuna qarşı ilkin kvalifikasiya edilmiş peyvəndin "MVA-BN" olduğunu açıqladı.

Turkustan.az xəbər verir ki, ÜST-dən edilən yazılı açıqlamada, Bavarian Nordic tərəfindən istehsal edilən "MVA-BN" peyvəndinin ÜST-nin M pox virusuna qarşı əvvəlcədən təyin edilmiş peyvənd siyahısına əlavə edildiyi bildirildi.

İlkin kvalifikasiya təsdiqinin təcili ehtiyacı olan icmalarda bu həyati əhəmiyyətli məhsula vaxtında çıxışı asanlaşdıracağı, ötürülmənin azaldılması və epidemiyanın idarə olunmasına kömək edəcəyi gözlənilir.

Açıqlamada ÜST-yə bağlı İmmunlaşdırma üzrə Mütəxəssislərin Məsləhət Qrupunun (SAGE) bütün mövcud sübutları araşdırdığı və məruz qalma riski yüksək olan insanlar üçün MVA-BN peyvəndinin istifadəsini tövsiyə etdiyi vurğulanıb və peyvəndin 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər.

Açıqlamada MVA-BN-nin hazırda 18 yaşdan kiçiklər üçün lisenziyası olmadığı, peyvəndin körpələrdə, uşaqlarda, yeniyetmələrdə, hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda “etiketdən kənar” istifadə oluna biləcəyi vurğulanıb.

Məsələni sosial media platforması X-də paylaşan ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, bunun həm Afrikadakı mövcud epidemiyalarla, həm də gələcəkdə xəstəliklə mübarizədə mühüm addım olduğunu bildirib.

"İndi ən çox ehtiyac duyulan vaksinlərə ədalətli çıxışı təmin etmək üçün istehsal, təchizat, ianə və paylamanın təcili genişləndirilməsinə ehtiyacımız var".

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ