Hindistan KİV: Pakistan bizə qarşı Türkiyə PUA-larından istifadə edib


Hindistan hökuməti Pakistanın ölkə ərazisində kəşfiyyat əməliyyatları aparmaq üçün Türkiyə istehsalı PUA-lardan istifadə etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Economic Times” məlumat yayıb.

KİV iddia edir ki, mayın 7-dən 8-nə keçən gecə Pakistan ordusu hərbi infrastrukturu hədəfə almaq niyyəti ilə qərb sərhədi boyunca Hindistanın hava məkanını bir neçə dəfə pozub: “Təxminən 300-400 drondan 36 istiqamətdə sızma cəhdləri həyata keçirilib”.

Qeyd edilir ki, belə genişmiqyaslı hava hücumlarının mümkün məqsədlərindən biri hava hücumundan müdafiə sistemlərinin sınaqdan keçirilməsi və kəşfiyyat məlumatlarının toplanmasıdır.

Pakistan Silahlı Qüvvələri və digər rəsmi qurumları Hindistanın iddialarını rədd edib./teleqraf


MANŞET XƏBƏRLƏRİ