“Putinlə dil tapacam” - Tramp Maskı əmin etdi


Donald Tramp seçkilərdə Ağ Evin rəhbəri vəzifəsinə seçiləcəyi təqdirdə Rusiya dövlət başçısı Vladimir Putinlə yenidən “anlaşmağa” ümid edir.

Turkustan.az xəbər verir ki, o, bu fikri "X" platformasında iş adamı İlon Maska müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə görə, əvvəlki danışıqların birində o, Rusiya prezidentinə Ukraynaya qarşı hər hansı təhqiredici hərəkətlərə qarşı xəbərdarlıq edib.

“Mən Vladimir Putinə dedim: “Bunu etmə. Sən bunu etməməlisən, Vladimir. Bu, bizim son söhbətimiz idi”, - Tramp bildirib.

Tramp həmçinin deyib ki, o, Putini yaxşı danışıq aparan hesab edir və Ukraynadakı münaqişə ABŞ-ın hazırkı prezidenti Co Baydenin “axmaqlığı” ucbatından başlayıb.

"Bayden Rusiya ilə nəsə etdi. Putinin Ukraynaya qüvvələr göndərmək qərarını verməmək şansı yox idi. Mən vəzifədən gedəndən sonra onlar Ukraynanın Rusiya ilə sərhədində böyük ordular yığmağa başladılar”, - Tramp bildirib.

“Mən buna baxdım və düşündüm ki, Putin bu addımı ona görə atıb ki, o, yaxşı danışıq aparandır və danışıqlar aparmaq istəyir”, - deyə eks-prezident əlavə edib. /publika.az/


MANŞET XƏBƏRLƏRİ