BMT: 1,9 milyona yaxın suriyalı geri qayıdıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) 8 dekabr 2024-cü ildə Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə başlayan suriyalıların ölkə daxilində və xaricə qayıdanların sayının təxminən 1,9 milyona çatdığını bildirdi.

Turkustan.az xəbər verir ki, BMT Suriyadakı hadisələrlə bağlı yeni hesabat dərc edib.

İqtisadi imkanların və əsas xidmətlərin olmaması vətənə qayıdan suriyalılar üçün ən böyük problem olduğunu bildirən hesabatda əlavə edilib ki, Suriyanın bərpasına kömək etmək üçün beynəlxalq dəstəyə çox ehtiyac var.

Hesabatda vurğulanıb ki, Suriyada bir çox insanın elektrik enerjisi, təmiz su və səhiyyə xidmətlərinə təhlükəsiz çıxışı yoxdur və rəsmi sənədlərin olmaması da geri qayıdanların əsas xidmətlərdən istifadə etməsinə və ya mənzil və torpaq tələb etməsinə mane olur.

Hesabatda ölkə daxilində və ya xaricdə qaçqın həyatı yaşayan 1,87 milyon suriyalının geri qayıtdığı qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ