CHP siyahılarından seçilərək Məclisə daxil olan Gələcək Partiyası Konya Millət vəkili Həsən Əkici partiyasından istefa verib.
Turkustan.az xəbər verir ki, bundan sonra yeni addımı maraq doğuran Əkici AK Partiya sıralarına qatılıb. Partiya qrup toplantısından sonra prezident Ərdoğan Əkicinin nişanını şəxsən özü yaxasına sancıb.
O, sosial media hesabında: "Yaradılışdan bu yana müxtəlif vəzifələrdə çalışdığım Gələcək Partiyası PYK-dan və partiya üzvlüyündən istefa verirəm. Bu prosesdə birlikdə çalışdığımız sədrimiz Prof. Dr. Əhməd Davudoğluna və partiya dostlarıma təşəkkür edir, gələcək siyasi fəaliyyətində uğurlar arzulayıram".
Aytən Yaşar/ Turkustan.az