ABŞ və Aİ Ukraynaya 50 milyard dollar kredit verəcək


“The Financial Times” (FT) qəzeti yazır ki, Dünya Bankı (DB) Ukraynaya Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə kreditin verilməsində iştirak edə bilər.

Turkustan.az xəbər veirr ki, Dünya Bankı Rusiyanın 50 milyard dollar dəyərində aktivləri ilə məşğul olacaq. G7 ölkələri Rusiyanın aktivlərindən əldə olunan gəlirləri - ölkələrin ÜDM-nin həcminə və ya müəyyən bir ölkədə dondurulmuş aktivlərin həcminə görə necə bölüşdürəcəyini müzakirə edirlər.

ABŞ və Aİ dondurulmuş Rusiya aktivlərindən gəlirlərin Kiyevə köçürülməsinin əsas forması kimi kreditləri hesab edir. G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan mənfəətdən istifadə edərək ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayıracaq.

ABŞ, Aİ, Kanada və Yaponiya Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına (SVO) başladıqdan sonra Rusiyanın 300 milyard dollarlıq aktivlərini dondurub. ABŞ Konqresi Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı qanun layihələri paketini təsdiqləyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ