“Orada Ukraynanın 1500 əsgəri öldü” – Vodolatski


Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.

“Berestovoye yaxınlığındakı “Qərb” qrupu 1,5 mindən çox millətçini, muzdluları və çoxlu sayda texnikanı məhv edib.

Ukrayna Silahlı Qüvvələrinin 77-ci briqadasına külli miqdarda ziyan dəyib”,- o bildirib.

Qeyd edək ki, rus ordusu sözügedən kəndi ələ keçirib./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ