HƏMAS İsrailin casusluq mərkəzini vurdu


Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının mərkəzi bölgələrində İsrail casus məntəqəsini hədəf aldıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, HƏMAS-dan verilən yazılı açıqlamada, "Qəzza zolağının mərkəzi bölgələrində Cuhr ed-Dik bölgəsinin şərqində yerləşən İsrailin yeni müşahidə və casusluq mərkəzini minaatanlarla hədəfə aldıq".

Qəssam Briqadalarının bəyanatı ilə bağlı İsrail rəsmiləri tərəfindən heç bir açıqlama verilməyib.

Fələstin Telekommunikasiya Şirkəti və Cəvval Şirkəti İsrailin davam edən hücumları səbəbindən Qəzza zolağının mərkəzi və cənub bölgələrində stasionar (stasionar) rabitə xidmətləri və internetdə fasilə yarandığını açıqlayıb.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq və 9 min 670-i qadın olmaqla 34 min 305 fələstinli həlak olub, 77 min 293 nəfər yaralanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ