Sisidən atəşkəs bəyanatı


Sisi ölkəsinin fələstinlilərin məcburi köçünü rədd etdiyini təkrarlayıb və Misirin Qəzzada atəşkəsə nail olmaq üçün “çox səy göstərməyə” davam edəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin fələstinlilərin məcburi köçünü rədd etdiyini bir daha bəyan edib və Misirin Qəzzada atəşkəsə nail olmaq üçün “çox səy göstərməyə” davam edəcəyini bildirib.

Misir dövlət televiziyasının məlumatına görə, Sisi Qəzza zolağı ilə sərhəddə yerləşən Sinay yarımadasının İsrail işğalından azad edilməsinin 42-ci ildönümü münasibətilə videomüraciət yayıb.

Sina'nın İsrail işğalından azad edilməsini qeyd edən Sisi, " Sina müqəddəs Misir torpaqlarının qiymətli bir parçasıdır. Hücumlara məruz qalsa da, Misir xalqı silahlı qüvvələrin liderliyi ilə onu qorumağı bacardı. Sinay birdir. Misirin ayrılmaz hissəsidir ” .

Sisi, Sinanın inkişaf və yenidən qurulması layihəsini "milli müqəddəs vəzifə" olaraq xarakterizə edərək, bölgənin "hərtərəfli inkişaf yolunda misli görünməmiş səylərə şahidlik etdiyinə" işarə edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ