“Təlimlər əslində Rusiyaya qarşıdır” – NATO-nun komandanı rəsmən elan etdi


“Alyansa üzv ölkələrin yazda keçirdiyi təlimlər əslində Rusiyaya qarşıdır”.

Turkustan.az xəbər verir ki, bunu NATO Quru Qoşunlarının komandanı general Darril Villiams ABŞ-nin “The New York Times” nəşrinə müsahibəsində deyib.

“Biz bu il əslində Rusiyaya qarşı təlimlər keçiririk. Potensial düşmənimizlə mübarizə aparırıq",- deyə o qeyd edib.

"NYT" yazıb ki, bu yaz keçirilən NATO hərbi təlimlərinin məqsədi böyük güclərin müasir münaqişəsinin ilk anlarının necə görünə biləcəyini göstərməkdir. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ