Makron: “Böyük risklərlə üzləşirik, Avropa ölə bilər”


Fransa prezidenti Makron ad çəkmədən Türkiyənin MİT Akademiyası, Milli Müdafiə Universiteti və milli müdafiə sənayesi addımlarını AB üçün qurtuluş resepti kimi təqdim edib və "Avropa ölə bilər" deyib.

Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron cümə axşamı bildirib ki, güclü Avropa qurmaq uğrunda mübarizə qalib gəlməkdən çox uzaqdır və Avropa növbəti onillikdə qlobal rəqiblərindən geri qalacaq.

Parisdəki Sorbon Universitetindəki çıxışında Makron " Avropa ölə bilər və bu, yalnız bizim seçimlərimizdən asılıdır " dedi və əlavə etdi ki, Avropa dönüş nöqtəsindədir və sürətlə silahlanan qlobal rəqiblərlə rəqabət aparmaq üçün daha çox şey etməlidir.

Makron həmçinin bildirib ki, qlobal azad ticarət qaydalarına əsas rəqiblər tərəfindən meydan oxunduğu bir mühitdə Avropa iqtisadi cəhətdən geri qalmaq riski ilə üzləşir və böyümə modelini nəzərdən keçirməlidir.

Fransa prezidenti Makron ad çəkmədən Türkiyənin MİT Akademiyası, Milli Müdafiə Universiteti və milli müdafiə sənayesi addımlarını AB üçün qurtuluş resepti kimi təqdim edib və "Avropa ölə bilər" deyib.

Makron Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinə imkan verilməməsi, Avropanın kibertəhlükəsizlik imkanlarının artırılması, yüksək səviyyəli hərbi kadrların yetişdirilməsi üçün Avropa akademiyası yaradılmasının vacibliyini bildirib.

“Müdafiə sənayesi müdafiəsiz mövcud ola bilməz” deyən Makron avropalıların Avropadan avadanlıq almağa üstünlük verməli olduqlarını bildirib.

"Avropa İttifaqını daha demokratik etməkdə uğur qazana bilmədik " deyən Makron, "Avropa İttifaqı dünyada baş verən paradiqma dəyişikliyini qəbul etməli və buna güc, rifah və insani dəyərlərlə cavab verməlidir" dedi.

Makron həmçinin iddia edib ki, “Fransızların suverenlik konsepsiyası” tədricən Avropada möhkəmlənir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ