Lukaşenko: "İstanbulda razılaşma sülhün açarı ola bilər"


Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Ukrayna arasında sülh şərtlərinin yetişdiyini və İstanbulda imzalanan Taxıl Sazişinin danışıqlar üçün başlanğıc nöqtəsi ola biləcəyini düşündüyünü bildirib.

Turkustan.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna müharibəsində cəbhədə blokada olduğunu və sülh danışıqları üçün lazımi şəraitin yetişdiyini bildirib.

Lukaşenko Rusiya ilə Ukrayna arasında İstanbulda imzalanan Taxıl Sazişinin yaxşı başlanğıc nöqtəsi ola biləcəyini bəyan edib.

Rusiyanın Qərbin hərəkətlərinə nüvə silahı ilə cavab verəcəyi təqdirdə "cəhənnəm dağılar" deyən Lukaşenko, "Qərb Belarus üzərində davamlı olaraq kəşfiyyat uçuşları həyata keçirir. Hər həftə sərhədlərimizdə 50-yə yaxın casus təyyarəsi aşkar edirik" dedi.

Rusiyaya yaxın olan Vitebskdən sərhədə bir neçə döyüşə hazır batalyon göndərildiyini deyən Lukaşenko, Polşanın Belarusdan təcavüzkar hərəkətlər gözləməməli olduğunu bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ