İsrail əleyhinə etirazlar fonunda Google 20 əməkdaşını işdən çıxardı


Google İsrail hökuməti ilə Bulud Hesablama sazişinə etiraz edən işçilərə qarşı hərəkətlərdən sonra daha 20 əməkdaşını işdən çıxarıb. Bununla da işdən çıxarılan işçilərin ümumi sayı 50 nəfərə çatıb. Etirazları təşkil edən “Aparteid üçün texnologiya yoxdur” qrupunun məlumatına görə, işdən çıxarılanların bəziləri fəal iştirak etməsələr də, aksiya zamanı iştirak edən insanlardır.

Turkustan.az xəbər verir ki, Google, İsrail hökuməti ilə Bulud Hesablama müqaviləsinə etiraz edən işçilərə qarşı hərəkətlərdən sonra keçən həftə daha 20 əməkdaşını işdən çıxarıb. Bununla da işdən çıxarılan işçilərin ümumi sayı 50 nəfərə çatıb.

Etirazları təşkil edən “No Tech for Apartheid” qrupunun bildirdiyinə görə, işdən çıxarılanların bəziləri aksiyada fəal iştirak etməsələr də, orada olan insanlar olub. Google sözçüsü etirazlara görə işdən çıxarılan işçilərin sayını bölüşmək istəməyib, lakin əlavə ixtisarların baş verdiyini təsdiqləyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ