ABŞ gizli şəkildə Ukraynaya bu silahı veribmiş


ABŞ mart ayında Ukraynaya gizli şəkildə ATACMS uzaqmənzilli raketləri göndərib.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Göndərilən raketlərin dəqiq sayı açıqlanmayıb.

Nəşrin məlumatına görə, Ukrayna ordusu artıq bu raketlərdəb Rusiya hərbçilərinə hücum etmək üçün istifadə etməyi bacarıb. Belə ki, aprelin 17-də səhər tezdən Ukrayna Silahlı Qüvvələri Krımdakı aerodroma ATACMS ilə zərbə endirib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ