Husilər: "98 gəmini hədəf aldıq"


Yəməndəki husilər 2023-cü ilin noyabr ayından bəri ABŞ, İsrail və İngiltərəyə məxsus 98 gəmini hədəfə aldıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yəməndəki husilər 2023-cü ilin noyabrından bu yana Qırmızı dəniz, Oman dənizi və Hind okeanında 98 gəmini hədəfə aldıqlarını açıqlayıb.

Husilərə məxsus “Al Mesirah” televiziyası husilərin lideri Əbdülməlik əl-Hutinin çıxışını yayımlayıb. Hücumları Qırmızı dəniz, Oman dənizi və Hind okeanında həyata keçirdiklərini xatırladan Əbdülməlik əl-Husi ABŞ, İsrail və İngiltərəyə aid gəmilərin sayının 98-ə çatdığını bildirib.

Həyata keçirdikləri hücumlarla "Qəzzəyə dəstək verməyə davam edəcəklərini" ifadə edən Husi, son 2 həftədə 36 raket və pilotsuz uçuş aparatları ilə 14 hücum həyata keçirdiklərini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ