İsrailin "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi nümayiş etdirildi - FOTO


İsrail ordusu son vaxtlar İrandan gələn hücumlara qarşı istifadə edilən “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemini mətbuata təqdim edib. Sderot şəhəri ətrafında nümayiş etdirilən hava hücumundan müdafiə sisteminin hazır olduğu görülüb.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun Qəzza zolağı ətrafında “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi batareyası jurnalistlər tərəfindən görüntülənib.

İsrail ordusu jurnalistlər üçün mətbuat turu zamanı İrandan İsrailə pilotsuz təyyarə və raket hücumlarında istifadə edilən "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemini nümayiş etdirib . “Dəmir Günbəz” sisteminin İsrail ordusunun davamlı hücumlarının davam etdiyi Qəzza zolağı yaxınlığındakı ən böyük İsrail şəhəri Sderot ətrafında hazır və gözlədiyi görülüb.

İsrail Ordusunun sözçüsü Doron Qaviş mətbuata verdiyi açıqlamada, pilotsuz uçuş aparatına atılan sursatların əhəmiyyətli bir hissəsinin İrandan gələn ballistik raket və qanadlı raket hücumunun İsrail hava məkanından kənarda tutulduğunu bildirib.

Qaviş İrandan atılan sursatlara qarşı İsrailin müdafiəsində ABŞ başda olmaqla bir çox ölkənin birlikdə hərəkət etdiyini və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu hücumların qarşısının alınmasında İsraillə tam əməkdaşlıq etdiyini vurğulayıb.

Son zamanlar İsrailin müdafiə sənayesi ixracatında önə çıxan "Dəmir Qübbə, David's Sling, Arrow-3" kimi hava və raketdən müdafiə sistemləri ABŞ ilə birgə istehsal edilib. İsrail bu sistemləri ixrac edərkən ABŞ-ın icazəsini almalıdır.

İsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi nümayiş etdirildiİsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi nümayiş etdirildiİsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi nümayiş etdirildi

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ