Cənubi Koreya Şimali Koreya ilə sərhəddə təlimlərə başladı


Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində artilleriya təlimi keçirib.

Turkustan.az xəbər verir ki, Cənubi Koreya ordusu dəniz piyadalarının iştirakı ilə hərbi təlim keçirildiyini açıqlayıb.

Qeyd olunub ki, Şimali Koreya sərhədindəki Çeorvon bölgəsində keçirilən artilleriya atəşi təliminin məqsədi quru və dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək olub. Silahlı qüvvələrdən verilən açıqlamada bildirilib ki, məqsəd Şimali Koreyanın yaratdığı təhdidlərin qarşısını almaq üçün Ordu və Dəniz Piyadalarının birgə fəaliyyət qabiliyyətini gücləndirməkdir.

Artilleriya təlimində 30 ədəd K9 və K55A1 özüyeriyən haubitsa, əks batareya radarları və müşahidə pilotsuz uçan aparatlardan da istifadə olunub.

Dünyanın ən böyük artilleriya güclərindən birinə sahib olan Şimali Koreya, Cənubi Koreyanın 50 milyon əhalisinin demək olar ki, yarısının yaşadığı böyük paytaxt bölgəsinin zərbə məsafəsində yerləşdirilən çoxlu sayda uzaqmənzilli silahlara malikdir.

Təxminən 450 əsgərin iştirakı ilə keçirilən təlimin “Şimali Koreya təhdidinə qarşı çəkindiriciliyi artırmaq üçün” təşkil edildiyi bildirilib .

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ