Cənubi Amerikada böhran: Dövlət başçıları geri çəkildi


Kolumbiya prezidenti Qustavo Petro, Ekvador polisinin Meksikanın Kito səfirliyinə basqına cavab olaraq Ekvador prezidenti Daniel Noboa ilə planlaşdırılan görüşü dayandırıb və enerji ixracını dayandırıb.

Turkustan.az xəbər verir ki, Yaxın Şərqdə İran-İsrail gərginliyi və İsrailin Fələstində törətdiyi qırğın hücumları, Şimali Avropada Rusiya-Ukrayna müharibəsi səbəbiylə bütün dünya zirvədə ikən Cənubi Amerikada böhran başlayıb.

Kolumbiya prezidenti Qustavo Petro Ekvador polisinin Meksika səfirliyinə basqın etməsi səbəbindən Ekvador prezidenti Noboa ilə əvvəllər planlaşdırılan görüşü dayandırıb.

Noboa səfirliyə basqınla bağlı geri addım atmayacağını açıqladıqdan sonra açıqlama verən Petro, "Əvvəlki prezident Gilermo Lassonun dövründə planlaşdırılan ikitərəfli kabinet iclası dayandırıldı. Məncə, Meksika səfirliyində baş verənlər çox ciddidir. Əgər biz dünya sülhünü istəyirik, beynəlxalq hüququn yenidən qurulması vacibdir”.

Digər tərəfdən Petro, Kolumbiyaya təsir edən ciddi quraqlıq səbəbiylə Ekvadora enerji ixracatını dayandırdıqlarını və bir çox su elektrik stansiyasının kritik səviyyələrə yaxınlaşdığını bildirib.

Ekvador xalqı adından verilən qərardan təəssüfləndiklərini ifadə edən Petro, "Ekvador xalqı üçün üzr istəyirəm. Prezident Lasso ilə bağlı öhdəliyim Kolumbiyanın enerji sabitliyi təhlükə altına düşənə qədər ixracı davam etdirmək idi" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ