Hizbullahın yüksək vəzifəli məmurlarına sui-qəsd edildi


İsrail ordusu Livanın cənubunda "Hizbullahın üç liderini sui-qəsdlə öldürdüyünü" açıqlayıb. Hizbullah həmçinin Baz, Şahhuri və Fədlallahın Livanın cənubunda öldürüldüyünü təsdiqləyib.

Turkustan.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada, Hizbullahın hərbi qanadı Rıdvan Qüvvələrinin Nəbatiyə əyalətinin Bint əl-Cubeyl bölgəsindəki sahil bölgəsində raket hücumlarına cavabdeh olan birlikdən məsul olan Məhəmməd Hüseyn Mustafa Şahhurinin olduğu açıqlanıb. Livanın cənubunda bir İHA ilə edilən hücumda öldürüldü. Açıqlamada Şahhurinin Livandan İsrailə qarşı bir çox raket hücumunun planlayıcısı və icraçısı olduğu bildirilib. Həmçinin, Hizbullahın raket hücumlarında iştirak etdiyi iddia edilən Mahmud İbrahim Fədlallah və İsmayıl Yusuf Bazın da öldürüldüyü bildirilib.

Hizbullahın verdiyi açıqlamada Livanın cənubunda 3 nəfərin öldürüldüyü təsdiqlənib. Beləliklə, 2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə sərhəd xətti arasında baş verən qarşıdurmalarda ölən Hizbullah üzvlərinin sayı 277-yə yüksəlib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ