Bayden və Sudani arasında kritik görüş


ABŞ prezidenti Co Bayden İraqın baş naziri Məhəmməd Şia əl-Sudanini Ağ Evdə qəbul edib. İclasın gündəmində Türkiyə ilə İraq arasında “İnkişaf Yolu Layihəsi”nin də olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, Sudani Baydenlə Kürdüstan neftinin ixracını da müzakirə edib və İraq -Türkiyə boru kəmərini yenidən açmaq istəklərini ifadə edib . İraqdakı ABŞ əsgərlərinin vəziyyəti və anti-İŞİD koalisiyası ilə əlaqələrin də müzakirə edildiyi görüş İranın İsrailə cavab hücumundan sonra baş tutması ilə də əhəmiyyətli idi. Sudani nümayəndə heyətinə Kürdüstan Regional Hökumətinin nümayəndələri, o cümlədən KRG Xarici Əlaqələr İdarəsinin əməkdaşı Sefin Dizeyi də daxil idi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ