Almaniya Daxili İşlər Naziri Türkiyə-Bolqarıstan sərhədində


Almaniyanın daxili işlər naziri Nensi Faeser Avropa İttifaqının (Aİ) Avropa Parlamentində sığınacaq islahatını təsdiqləməsindən 5 gün sonra Bolqarıstana səfər edib.

Turkustan.az xəbər verir ki, Faeserin səfərinin gündəmi Aİ-nin xarici sərhədlərini qorumaq və qeyri-qanuni miqrasiyanın qarşısını almaq olub. DW-nin məlumatına görə, Faeseri Bolqarıstanın cənubundakı Plovdiv şəhərində bolqar həmkarı Kalin Stoyanov qarşılayıb. İki nazir daha sonra Bolqarıstan-Türkiyə sərhədindəki Kapitan Andreevoya gediblər. Faeser bildirib ki, burada pilot layihə çərçivəsində qaçqınlar üçün mərkəz yaradılacaq, beləliklə, AB sığınacaq islahatına uyğun olaraq qaydaların necə həyata keçiriləcəyi sınaqdan keçiriləcək. Bolqarıstanın Daxili İşlər Naziri Türkiyədən Bolqarıstana gələn mühacirlərin döyülərək “təcrid halları” olaraq geri göndərilməsi xəbəri ilə bağlı sualı cavablandırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ