Körfəz ölkələrini daşqın vurdu - FOTO


Güclü yağış Körfəz ölkələri Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanını vurub. Omanda bazar günündən yağan leysan yağışları daşqınlara səbəb olub. Başda Maskat, Şimali Əl Batina, Cənubi Əl Batina, Es Sharkiye, Ez Zahire və Ed Dahiliye olmaqla bir çox bölgə su altında qalıb.

Turkustan.az xəbər verir ki, Oman Milli Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin verdiyi açıqlamada leysan yağışlar nəticəsində ən azı 18 nəfərin öldüyü bildirilib. Həyatını itirənlərdən 10-nun avtomobillə sürüklənən tələbələr olduğu bildirilib.

Oman Kral Polisi və Oman ordusu daşqından zərər çəkmiş bölgələrdə qapalı qalanları təxliyə etmək üçün səfərbər edilib. Meteorologiya xidməti Musandam, Ez Zahire, El Buraymi, El Batina və Ed Dahiliye bölgələrində leysan xarakterli yağışların olacağı barədə xəbərdarlıq edib, Maskat və Əl Vusta bölgələrində arabir yağış yağacağı gözlənilir.

Güclü yağış qonşu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanını da vurub. BƏƏ-də magistral yolları su basıb, Dubay Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb. Distant təhsil bu gün və sabah dövlət məktəblərinə keçib.

Eltac Zülfüqaroğlu/Turkkustan.az


MANŞET XƏBƏRLƏRİ