Zelenski Ərdoğana sözünü tutmadı: Son anda sazişdən geri çəkildi


Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Qara dənizdə ticarət gəmilərinin azad və təhlükəsiz naviqasiyasına zəmanət verən BMT-nin dəstəklədiyi saziş pozulub.

Turkustan.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, Ukrayna Qara dənizdə kommersiya daşımalarının təhlükəsizliyini təmin etmək üçün Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə iki aydır aparılan danışıqlarda əldə olunan razılaşmadan geri çəkilib.

Bildirilir ki, Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyinin ardından danışıqlara vasitəçilik edib.

Qeyd olunur ki, mart ayında Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün razılaşma əldə edilib. Ukrayna rəsmi olaraq müqaviləni imzalamaq istəməsə də, Prezident Ərdoğana martın 30-da - yerli seçkilərə bir gün qalmış razılaşmanı elan etmək icazəsi verib. Lakin son anda Ukrayna razılaşmadan imtina edib. Rəsmi Kiyevin bu addımı hansı səbəbdən atdığı hələlik məlum deyil.


MANŞET XƏBƏRLƏRİ