FA: "Ukrayna İstanbul razılaşmalarından əvvəl ABŞ-la məsləhətləşmədi"


“Foreign Affairs” jurnalı keçmiş amerikalı məmura istinadən yazır ki, Kiyev 2022-ci ildə Rusiya ilə İstanbul müqavilələrini imzalamadan əvvəl Vaşinqtonla məsləhətləşməyib.

Turkustan.az xəbər verir ki, ABŞ İstanbulda imzalanmış müqavilələrə əməl olunmasının təminatçısı kimi çıxış etməli idi. Əgər razılaşmalar pozulsa, o zaman Amerika tərəfi münaqişəyə girməyə məcbur olacaq. Lakin bu, keçmiş rəsminin fikrincə, razılaşmanı ABŞ üçün əlverişsiz edəcək.

FA vurğulayır ki, Qərb ölkələri diplomatik proses aparmaq əvəzinə Ukraynaya getdikcə daha çox silah vurur və müxtəlif sanksiyalarla Rusiya Federasiyasına təzyiqləri artırır.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin qərarından narazılığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ