İsrail İranın hücumunu fürsət olaraq görür


İsrail Baş Qərargah rəisi Herzi Halevi bəyan edib ki, İranın İsrailə qarşı hücumları Yaxın Şərqdə əməkdaşlıq üçün yeni imkanlar açır.

Turkustan.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, Halevi İsrailin cənubundakı Beersheba bölgəsində yerləşən və İrandan gələn hücumlarda zərər görən Nefatim Hava Bazasında açıqlama verib.

Halevi, "İran, İraq, Yəmən və Livandan İsrailə qarşı 350-dən çox ballistik raket, qanadlı raket, pilotsuz uçuş aparatı və raket atılıb" dedi .

İranın hücumlarını dayandırmaq üçün koalisiyanın hərəkətə keçdiyini vurğulayan Halevi hücumlara bu şəkildə müqavimət göstərildiyini bildirib.

Halevi bəyan edib ki, İsrail ordusu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), İngiltərə, Fransa və adlarını açıqlamadığı “digər tərəfdaşlarla” birlikdə işləyir.

İranın İsrailə qarşı hücumlarının qarşısının alındığını iddia edən Halevi ölkəsinin beynəlxalq tərəfdaşları ilə əməkdaşlığına diqqət çəkib.

Halevi ölkəsinə dəstək verən tərəfdaşlara təşəkkür edərək, “İranın hücumları Yaxın Şərqdə yeni əməkdaşlıq imkanları yaradıb” deyib. qiymətləndirməsini etdi.

İranın hücumlarına cavab verəcəklərinə işarə edən Halevi, "Vəziyyəti qiymətləndirir və hazırlıq səviyyəmizi ən yüksək səviyyədə saxlayırıq" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ