Ruslar bu şəhəri də viran qoydu – VİDEO


Rusiyanın müntəzəm artilleriya atəşi nəticəsində Ukraynanın nəzarətindəki Çasov Yar şəhərində demək olar ki, salamat yaşayış binası qalmayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 255-ci zərbə qrupu teleqram kanalında Donetsk vilayətindəki Çasovoy Yarın hazırkı vəziyyətinin videogörüntülərini nümayiş etdiriblər.

Genişmiqyaslı müharibədən əvvəl 19 minə yaxın insanın yaşadığı (indi isə mindən az adam qalıb – red.) şəhər viran qoyulub.

Dron görüntülərində Rusiyanın atəşi nəticəsində dağılmış kilsəni və yaxınlıqda uşaq meydançasını görmək olar. Ətrafda mərmi və raketlərlə yandırılmış torpaq, aşmış ağaclar və dağılmış binalar var.

Daha öncə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, ruslara mayın 9-dək Baxmut yaxınlığındakı Çasov Yarı ələ keçirmək tapşırığı verilib.

Bundan əvvəl sosial şəbəkələrdə Rusiya işğalçıları tərəfindən “azad edilən” Donetsk vilayətinin Avdeyevka qəsəbəsinin görüntüləri nümayiş etdirilmişdi. Qəsəbə boş küçələr və dağıdılmış evlərdən ibarət xarabalığa çevrilib.

/azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ