Rəisi hədələdi: Dəhşətli cavab veriləcək


İran Prezidenti İbrahim Rəisi Tehranın maraqlarına zidd olan istənilən hərəkətə dəhşətli cavab veriləcəyi ilə hədələyib.

Turkustan.az xəbər verir ki, o, bu barədə Qətər əmiri şeyx Təmim bin Həməd əs-Sani ilə telefon danışığı zamanı deyib.

“Təcavüzkarın cəzalandırılması əməliyyatı uğurla həyata keçirilib. Biz indi qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı ən kiçik addım belə, şübhəsiz ki, dəhşətli, genişmiqyaslı və ağrılı cavabla qarşılanacaq”, - o bildirib.

İran prezidenti qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və beynəlxalq qurumlar İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləmək üçün öz minimum hüquqi öhdəliklərini yerinə yetirməyib. Ona görə də İran BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququna uyğun olaraq ölkəyə qarşı “bədxah əməllərin törədildiyi eyni mərkəzlərə” hücum edib.

Qətər əmiri isə İranın İsrailə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsini yüksək qiymətləndirib, bu addımın hamı üçün aydın mesaj ehtiva etdiyini bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ