İsraildə hazırlıqlar tamamlandı: İrana hücum qaçılmazdır


ABŞ mətbuatına açıqlama verən İsrail və ABŞ rəsmiləri İsrailin baş naziri Binyamin Netanyahunun döyüş kabinetinin İrana qarşı “əks hücum”a hazırlaşdığını və hücumun hər an baş verə biləcəyini iddia ediblər . İsrailin dövlət televiziyası KAN, İsrail Hərbi Hava Qüvvələrinin İrana hücuma hazırlığını başa çatdırdığını açıqlayıb . Digər tərəfdən , İran mümkün İsrail hücumu üçün 3-cü səviyyəli xəbərdarlığa keçib.

Turkustan.az xəbər verir ki, İsrailin Hərbi Nazirlər Kabineti aprelin 13-də İranın hava hücumuna cavabı müzakirə etmək üçün iclasını başa çatdırıb. Kanal 12-nin xəbərində, iclasda İranın hücumuna cavab olaraq müxtəlif variantların müzakirə edildiyi və bu variantların hər birinin “ İrana qarşı ağrılı cavab hücumu” olduğu iddia edilib. ABŞ mediası da hücumun hər an baş verə biləcəyini açıqlayıb.

Aprelin 13-də İranın İHA və İsrailə raket hücumunun dəqiq vaxtını da bilən ABŞ-da yerləşən NBC kanalı İsrailin İrana hər an hücum edə biləcəyini açıqlayıb .

Adı açıqlanmayan İsrail rəsmisi Amerikanın CNN kanalına açıqlama verərək bildirib ki, İsrail İrana qarşı hücuma keçmək üçün bütün variantları dəyərləndirir . İsrail rəsmisinin sözlərinə görə, Netanyahunun döyüş kabineti bugünkü 3 saatlıq iclasında " İrana cavab verməkdə qərarlı olduğunu" açıqlayıb və hərbi variantları müzakirə edib. Xəbərə görə, İsrail kabinetində sürətli addım atma meyli üstünlük təşkil etsə də, bu mərhələdə hələ dəqiq bir qərarın verilib-verilmədiyi bəlli deyil.

Digər tərəfdən, məsələ ilə bağlı “Washington Post” qəzetinə açıqlama verən başqa bir səlahiyyətli, Netanyahunun İsrail Müdafiə Nazirliyinə “potensial hədəfləri müəyyən etmək” göstərişi verdiyini iddia edib. Rəsmi əlavə edib ki, İsrailin məqsədi İrana mesaj verməkdir, lakin itki vermək istəmir.

Nazirlər Kabinetinin iclasındakı müzakirələrlə tanış olan başqa bir məmur, İsrailin variantlarının Tehrandakı obyekti hədəfə almaq və ya kiberhücum təşkil edə biləcəyini qeyd edərək, "Hər kəs İsrailin cavab verməli olması ilə razıdır. Burada sual nə vaxt və necə cavab verməkdir" dedi. qiymətləndirməsini edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ