Paşinyan yenə Qazaxla sərhədə gələcək


"Ermənistanın Tavuş bölgəsi “siyasi oyuncağ”a çevrilməməlidir".

Bunu aprelin 15-də parlamentdəki ənənəvi brifinqdə Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” Partiyasının deputatı Andranik Köçəryan müxalifətdən gələn qınaqlara cavab olaraq deyib.

Onun fikrincə, sərhədləri bərpa etmədən uzunmüddətli sülh arzulamaq sadəcə mümkün deyil:

“Tavuşda çox ciddi məsələlər həll edilməlidir və onların həlli spekulyasiyaya tabe deyil”.

O, Baş nazir Nikol Paşinyanın Tavuşa vəd etdiyi səfərlə bağlı deyib:

“Baş nazir 10-15 günə Tavuşa gedə bilər, bu problem deyil. Ermənistanın Baş naziri heç bir çətin görüşdən yayınmır. Sadəcə olaraq, sıx qrafikə görə səfərin vaxtı pozula bilər”.

Xatırladaq ki, martın 18-də Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə gedib. Paşinyan Əskipara, Bağanis və digər kəndlərdə yaşayan şəxslərlə görüşlər keçirib. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ