Simonyan xəritə yaydı: Tavuşda heç bir kəndi vermirik - FOTO


Ermənistan parlamentinin spikeri Alen Simonyan Tavuşda hansısa kənd və ya qəsəbənin Azərbaycana verilmədiyini bildirən paylaşım edib.

Turkustan.az xəbər verir ki, Simonyan ümumiyyətlə belə bir müzakirənin getmədiyini vurğulayıb.

O qeyd edib ki, Tavuşda hansısa kəndin veriləcəyini nə o deyib, nə də komanda yoldaşları:

“Getmək, sərhəd kəndlərinə girib reallığı, deyilənləri manipulyasiya edərək ehtirasları qızışdırmaq, insanların duyğuları ilə oynamaq ən son keyfiyyətlərin əyani sübutudur. Belə şeylər heç kimə siyasi divident gətirə bilməz”.

O vurğulayıb ki, Ermənistan Respublikasının aydın xəritəsi var:

“O xəritə ilə biz müstəqil olduq və bu, müzakirə mövzusu deyil”.

Simonyan paylaşdığı xəritədə Qazaxın hazırda Ermənistanda işğal altında olan anklav olmayan 4 kəndinin Azərbaycan sərhədləri daxilində olduğu, digər 3 kəndimizin isə eksklavımız olduğu açıq-aydın görünür. Eyni zamanda Naxçıvanın Kərki kəndinin də Azərbaycan ərazisi olduğunu Simonyan bu xəritə ilə təsdiqləyib və Ermənistanın hansısa kəndinin verilmədiyini, Azərbaycanın öz kəndlərinin qaytarıldığını izah edib.


MANŞET XƏBƏRLƏRİ