Avropa Birliyindən açıqlama: “Aprelin 5-də Azərbaycana qarşı...”


Aprelin 5-də Brüsseldə keçiriləcək Avropa Birliyi-ABŞ-Ermənistan görüşü İrəvana təhlükəsizlik təminatları məsələsinə həsr olunmayacaq.

Turkustan.az xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin sözçüsü Peter Stano deyib.

“Sessiyanın təhlükəsizlik təminatlarına həsr olunacağı iddiası doğru deyil. AB-ABŞ-Ermənistan ikitərəfli münasibətləri istisna olmaqla, başqa məsələlərə toxunulmayacaq. Yəni Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və sülh danışıqları məsələləri müzakirə edilməyəcək. Əsas diqqət Ermənistan iqtisadiyyatının sabitliyi və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönələcək”, - AB rəsmisi bildirib.

Stanonun sözlərinə görə, AB və ABŞ Ermənistan və region üçün sabit, dinc, təhlükəsiz və firavan gələcəyi dəstəkləmək öhdəliyini bölüşür:

“Bu, AB-Ermənistan ikitərəfli tərəfdaşlığı əsasında iqtisadiyyatını gücləndirmək üçün Ermənistanla əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək imkanı verəcək.

Sabit Ermənistan sabit Cənubi Qafqaz deməkdir. Səylərimiz kiməsə qarşı deyil, bu, bütün regionun maraqları və sabitliyindən irəli gəlir”. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ