Rusiya Ukraynadakı elektrik stansiyalarını hədəfə aldı


Rusiyanın raket və dron hücumları nəticəsində Ukraynada istilik və su elektrik stansiyalarına ziyan dəyib.

Turkustan.az xəbər verir ki, Rusiya Ukraynanın infrastrukturunu hədəfə almaqda davam edir. Elektrik şəbəkəsi operatoru Ukrenerqo tərəfindən verilən açıqlamada, Rusiyanın gecə boyu yenidən raket və pilotsuz təyyarələrlə Ukraynadakı istilik və su elektrik stansiyalarını hədəf aldığı bildirilib. Açıqlamada bildirilib ki, hücumlar nəticəsində mərkəzi və qərb bölgələrində elektrik stansiyalarına ziyan dəyib.

Ukraynanın baş naziri Denis Şmihal açıqlamasında Rusiyanın Dnepropetrovsk, Vinnitsa, İvano-Frankivsk, Lvov, Çernivtsi və Çerkassı vilayətlərindəki enerji obyektlərinə hücum edildiyini bildirib. Şmihal vurğulayıb ki, Ukraynanın kritik infrastrukturunun təhlükəsizliyini təmin etmək və hücumlara görə ictimaiyyəti qorumaq üçün daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var.

Ukrayna ordusu həmçinin Rusiyanın enerji obyektlərini hədəf alan 60 pilotsuz təyyarədən 58-nin hava qüvvələri tərəfindən məhv edildiyini, 39 raketdən 26-nın isə zərərsizləşdirildiyini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ