Rus ordusuna casusluq edən ukraynalı saxlanıldı


Luqansk Xalq Respublikası ərazisində olan Ukrayna vətəndaşı Rusiya Silahlı Qüvvələri haqqında məlumat toplayıb və Ukrayna kəşfiyyatına ötürüb.

Turkustan.az xəbər verir ki, hüquq-mühafizə orqanının xüsusi təyinatlıları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi üçün casusluq etməkdə şübhəli bilinən LPR sakininin saxlanılmasında Federal Təhlükəsizlik Xidmətinə dəstək veriblər.

İlkin məlumatlara görə, Ukrayna vətəndaşı şəxsi səbəblərdən Ukrayna kəşfiyyatının maraqlarından çıxış edərək, xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya bölmələrinin yerləşdiyi yerlər barədə məlumatları toplayıb düşmənə ötürüb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ